Tramp NATO nu İran məsələsində fəaliyyətsizlikdə ittiham edib

26.03.2026

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) İranla bağlı vəziyyətdə fəaliyyətsizlikdə ittiham edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb:

"NATO ölkələri hazırda hərbi baxımdan tamamilə darmadağın edilmiş İranla bağlı kömək etmək üçün mütləq mənada heç nə etmədilər. ABŞ-ın NATO-dan heç bir şeyə ehtiyacı yoxdur, lakin bu çox vacib məqamı 'heç vaxt unutmayın'".

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью