Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trump NATO üzrə müttəfiqlərin sınaqdan keçirilməsinin mümkünlüyünü irəli sürərək, alyansı Meksika ilə sərhədin qeyri-qanuni miqrantlardan qorunmasına cəlb etməyi təklif edib.
APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.
Onun sözlərinə görə, NATO-nun 5-ci maddəsinin tətbiqi alyansın ABŞ-ın cənub sərhədinin “qeyri-qanuni miqrantların müdaxiləsindən” qorunmasına cəlb olunmasına və bununla da çoxlu sayda sərhəd mühafizəçisinin digər vəzifələr üçün azad edilməsinə imkan verə bilər.
Qeyd edək ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi NATO-ya üzv bir və ya bir neçə ölkəyə silahlı hücum halında kollektiv cavab tədbirlərini nəzərdə tutur.