Tramp NATO nun Haaqada keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib

18.06.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqada keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Bəli, mən gedəcəyəm. Düşünürəm ki, gedəcəyəm”, — deyə ABŞ lideri qeyd edib.

Məlumata görə, 24–25 iyun tarixlərində keçiriləcək tədbirdə 45-dən çox dövlət və hökümət başçısının, habelə 45 xarici işlər və müdafiə nazirinin iştirakı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью