Tramp NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşüb

07.07.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaşinqton, 7 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşüb.

AZƏRTAC xəbər verir ki, iyulun 7-də onun ilk görüşü sammitin ev sahibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla olacaq.

Ağ Evin məlumatına görə, o həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşəcək. Trampın Ankarada mətbuat konfransı keçirməsi də nəzərdə tutulub.

Sammit zamanı Trampın, həmçinin NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa çağıracağı gözlənilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью