Tramp NATO ya ayrılan pulu azaltmağı təklif edir

28.03.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Prezident Donald Tramp bəzi Avropa ölkələri onun İrana qarşı müharibədə yardım tələblərini rədd etdikdən sonra ABŞ-nin digər NATO ölkələri üçün müdafiə xərclərini azaldacağını bildirib.

Ölkə.Az CNN-ə istinadən xəbər verir ki, onun fikrincə, NATO müdaxilə etmədikdə böyük bir səhvə yol verilib.

"Bu, ABŞ-yə çox pul qazandıracaq, çünki biz NATO-ya ildə yüz milyardlarla dollar, onların müdafiəsinə yüz milyardlarla dollar xərcləyirik və həmişə onların yanında olmuşuq, amma indi onların hərəkətlərinə görə, düşünmürəm ki, orada olmalıyıq, elə deyilmi?" - Tramp deyib.

Prezident digər ölkələrdən Hörmüz boğazının açılmasına kömək etmək üçün hərbi gəmilərini göndərmələrini istəyib. O, tələblərini sədaqət sınağı kimi qiymətləndirərək, hərbi gəmilərin göndərilməsinin təhlükəsizlik baxımından ABŞ-a güvənən ölkələr üçün "çox kiçik bir səy" olacağını söyləyib.

"Əgər onlar bizə kömək etməyəcəklərsə, niyə onlara kömək etməliyik?" - Tramp cümə günü deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью