Tramp NBA nın final oyununda yuxuya getdi ANBAAN VİDEO

09.06.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp "Nyu-York Niks" və "San-Antonio" komandaları arasında keçirilən NBA pley-off mərhələsinin final qarşılaşmasını izləyərkən yuxuya gedib.
Bizim.Media xəbər verir ki, matçın canlı yayımı zamanı ABŞ liderinin tribunada gözləri yumulu vəziyyətdə oturması kameraların obyektivinə tuş gəlib və bu kadrlar qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bununla belə, Donald Tramp NBA-in final oyununu arenadan canlı izləyən ilk fəaliyyətdə olan ABŞ prezidenti kimi tarixə düşüb.
Nyu-Yorkda keçirilən seriyanın üçüncü oyununda "San-Antonio" 115:111 hesabı ilə gərgin qələbə qazanıb.
Dörd qələbəyə qədər davam edən final seriyasında "Nyu-York Niks" komandası hələ də 2–1 hesabı ilə öndədir.
Komandalar arasında dördüncü qarşılaşma iyunun 10-da yenidən Nyu-Yorkda baş tutacaq.
Xatırladaq ki, Milli Basketbol Assosiasiyasının (NBA) hazırkı çempionu titulunu "Oklahoma" komandası daşıyır.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью