Tramp nə qədər miqrantı deportasiya etmək istəyir?

13.04.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp administrasiyası bir il ərzində ölkədən 1 milyona yaxın qeyri-qanuni miqrantı deportasiya etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, analitiklər bu rəqəmi qeyri-real hesab edirlər, çünki bu iş üçün hüquq-mühafizə orqanlarına kifayət qədər kadr və maliyyə ayrılmayıb.

Bundan əlavə, miqrantların məhkəməyə müraciət etmək və onların deportasiyasına etiraz etmək hüququ var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью