Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdən Corciyadakı seçki kampaniyası mitinqində iştirak etmək üçün çıxarkən jurnalistlərə açıqlamalar verib.
"Cebheinfo.az" xəbər verir ki, Tramp neftin qiymətlərinin tezliklə düşəcəyini bildirib: "İranla müharibə bitdikdə neftin qiyməti sürətlə düşəcək. Ən əsası isə İranın nüvə silahı olmayacaq".
Bazarda çoxlu neft olduğunu qeyd edən Tramp deyib: "Müəyyən bölgələrdə gəmilərdə boşaldılmasını gözləyən neft var. Bizim çoxlu neftimiz var və dünyada da çoxlu neft var. Texas, Alyaska, Luiziana, Venesuela nefti çoxdur. Biz Venesuela ilə çoxlu pul qazanaraq böyük iş görürük. Beləliklə, müharibə bitdikdə -bu, insanların düşündüyündən daha tez bitəcək - neftin qiyməti kəskin şəkildə düşəcək".
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin