Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq. “ABŞ-nin ciddi təhlükəsizlik məsələləri vardı.
Məhz buna görə də Donald Tramp soyuğu bəhanə edib, Kapitoli təpəsində qapalı şəkildə inauqurasiya keçirdi”.Bu barədə Bakıvaxtı.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli ABŞ-nin 47-ci prezidenti Donald Tarmpın andiçmə mərasimi zamanı verdiyi vədlərin əhəmiyyətindən danışarkən bildirib.Onun sözlərinə görə, Tramp Amerikanın qızıl dövrünün başladığını elan etdi:“Birinci zərbəni miqrantlara endirdi.
İkincisi, dünyaya güclü Amerika vədi verdi. Üçüncüsü, Amerikaya dünyanın ən güclü orduya malik olacağını bəyan etdi.
Dördüncüsü Meksika ilə sərhəd məsələsinə toxundu. Bununla da, “Özünü qoruya bilməyən Amerika dünyanı qoruyur” yanaşmasını alt-üst etdi.
Meksika körfəzinin Amerika körfəzi adlandırılması, ABŞ-nin “Paris konfransı”ndan çıxması, Ümumdünya Səhiyyə Təşkilatını tərk etməsi yeni başlanğıclardan xəbər verir.
Maraqlıdır ki, Tramp neft və qaz erasını yenidən başladır. Dünya neft və karbohidrogen bazarı iqtisadiyyata və müharibələrə təsir göstərir.
Burada yeni bir yanaşma izləyəcəyik. Baxaq görək yeni nələr baş verir”.Ə.Əlibəyli onu da əlavə edeib ki, Amerika korporasiyalara böyük imkan
Ən azından Mark Zukerberqi gördük. Vilyam Mak-Kinlinin adını çəkdi, şəxsən Panama kanalını qeyd etdi.