Tramp: Neftin qiyməti düşərsə, Rusiya Ukrayna münaqişəsi bitəcək

19.09.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Neftin qiymətinin aşağı düşməsi Rusiya-Ukrayna münaqişəsinə son qoya bilər".

Oxu.Az -ın TASS-a istinadən verdiyi xəbərə görə, bu fikri ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

ABŞ liderinin fikrincə, neftin qiyməti aşağı düşərsə, Rusiya rəhbərliyinin"müharibədən çıxmaqdan başqa seçimi qalmayacaq.

Tramp, həmçinin bəzi Avropa ölkələrinin Rusiyadan neft almasından məyus olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью