Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Dünya bazarlarında neft qiymətləri tezliklə İranla münaqişə başlamazdan əvvəlki səviyyəyə düşəcək".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib.
"Tezliklə 51 illik sonuncu təhdiddən - İran terrorundan azad dünyanı görəcəyik və neft qiymətləri münaqişənin əvvəlində olduğundan da aşağı düşəcək", - deyə Ağ Ev rəhbəri qeyd edib.
Trampın çıxışı sentyabrın 22-də BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi debatlarının ilk günündə baş tutub. Debatlarda Nyu-Yorkda dünyanın 130-a yaxın liderinin iştirakı gözlənilir.