Tramp Netanyahu cütlüyünün Yaxın Şərqd planları: Bu işğala müqavimət olacaqmı? | Icma.az
Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahunu açıq şəkildə dəstəkləməsi və onu yeni əraziləri nəzarətə almağa həvəsləndirməsi Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə bilər.
Bu siyasət Qəzza əhalisinin kütləvi köçürülməsi ehtimalını artırır, çünki İsrailin bölgədə daha genişmiqyaslı hərbi əməliyyatlar keçirmək planları olduğu iddia edilir.
Trampın yanaşması İsrailin gələcək addımlarına beynəlxalq reaksiyaları da müəyyən edəcək.
Mövzu ilə bağlı Sitat.info- ya danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Tramp İsrailə dəstək verəcəyini hələ hakimiyyətə gəlməmişdən öncə də bəyan eləmişdi: “İndi də həmin vədini yerinə yetirməyə başlayıb və bütün istiqamətlər üzrə İsrailə dəstək göstərir.
Böyük ehtimalla Yaxın Şərqin yenidən dizayn olunması prosesi Tramp adminstrasiyası tərəfindən də davam etdirilə bilər.
Yaxın Şərq üçün nəzərdə tutulmuş planların hansı səviyyədə planlaşdırılacağı hələ tam müəyyən deyil.
Ancaq bunla belə Qəzza bölgəsində müəyyən addımların atılacağı da Trampın son açıqlamalarından, tutduğu mövqedən müşahidə olunmağa başlayıb.
Tam oxu
Xəbəri oxu