Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp İsraildəki siyasi qeyri-müəyyənliyə baxmayaraq, Baş nazir Benyamin Netanyahu ilə yaxın münasibətlərini qoruyub saxlayır. İki lider arasında əlaqələrin gecə saatlarında belə davam etdiyi bildirilir.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinin sayını artırdığı bir vaxtda İrana qarşı yeni hərbi əməliyyatların keçirilməsi ehtimalını da nəzərdən keçirir.
Bu barədə İsrailin “Channel 14” telekanalına danışan, Netanyahunun yaxın çevrəsinə bağlı hesab edilən ABŞ məsələləri üzrə şərhçi Tehila Falik-Levy məlumat verib.
Onun sözlərinə görə, ABŞ-ın bölgədə böyük hərbi qüvvə cəmləşdirməsi İrana qarşı mümkün əməliyyat hazırlığının göstəricisi ola bilər. Şərhçi bunu İraq müharibəsindən bəri ABŞ-ın bölgədəki ən böyük dəniz qüvvəsi kimi qiymətləndirib.
Falik-Levy hesab edir ki, Tramp diplomatik razılaşma imkanını hələ tam istisna etməsə də, Tehranla anlaşma ehtimalı xeyli azalıb. O, ABŞ-ın İrana qarşı əlavə zərbələr endirə biləcəyini də istisna etməyib.
Şərhçi Mossad rəhbərinin ABŞ-a son səfərinə də diqqət çəkib. Onun fikrincə, bu təmaslar Vaşinqton və Təl-Əviv arasında İranla bağlı gələcək addımların müzakirəsi baxımından əhəmiyyət daşıyır.
Falik-Levynin sözlərinə görə, İsraildə milli birlik hökumətinin yaradılması ilə bağlı müzakirələrə baxmayaraq, Tramp Netanyahunu əsas tərəfdaşı hesab edir. Hətta iki liderin gecənin bir yarısında belə telefonla danışa bildiyi bildirilir.
ABŞ-da ara seçkilərdən sonra Konqresdə siyasi balansın dəyişməsi Trampın bəzi qərarlarını çətinləşdirə bilər. Bununla belə, şərhçi prezidentin səlahiyyətlərindən fəal istifadə etmək niyyətində olduğunu düşünür.
O, həmçinin dövlət katibi Marko Rubionun İranla bağlı sərt mövqeyinin Ağ Evdə hərbi variantı dəstəkləyən qüvvələrin mövqeyini gücləndirdiyini bildirib.