Tramp Netanyahu ilə görüşəcəyini açıqlayıb

28.01.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünün planlaşdırıldığını təsdiqləyib.

Bakıvaxtı.az NBC-yə istinadən xəbər verir ki, ABŞ Prezidenti görüşün vaxtı ilə bağlı bunun çox tezliklə baş tutacağını bildirib.

İsrail hökuməti hələlik bu məlumatı şərh etməyib. Netanyahu son dəfə 2024-cü ilin iyulunda Prezident Cozef Baydenlə görüşmək üçün ABŞ-yə səfər edib.

Daha əvvəl İsrailin “Walla” portalı mənbələrə istinadən bildirib ki, İsrailin Baş naziri fevralın 3-dən 5-dək Vaşinqtonda səfərdə olacaq.

Yanvarın 29-da Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff HƏMAS ilə sazişin həyata keçirilməsini Netanyahu ilə müzakirə etmək üçün İsrailə gedəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью