Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu əvvəlki kimi isti qarşılamayıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yayıb.
Mənbələrə görə, İsrailin baş naziri aylardır Amerika lideri ilə görüş təmin etməyə çalışırdı və nəhayət, Vaşinqtona çatanda "əvvəlki səfərlərə nisbətən daha az səlahiyyət və təsirə imkanına malik idi".
İrana qarşı uzun sürən hərbi əməliyyat səbəbindən Netanyahu Tramp tərəfindən o qədər də isti qarşılanma ilə qarşılaşmayıb.
Qəzet qeyd edir ki, İrana qarşı əməliyyat Trampın gözlədiyindən xeyli uzun müddət davam edib və Netanyahunun ABŞ-a səfəri ərəfəsində Ağ Ev rəhbəri yaxın ətrafı ilə söhbətlərində İsrail baş nazirinə qarşı narazılığını bildirib.
Trampm özü isə Truth Social-da Netanyahu ilə "çox yaxşı görüş" keçirdiyini və onunla "bir çox vacib məsələləri" müzakirə etdiyini yazmışdı.
Bu arada, İsrailin baş naziri Fox News-a verdiyi müsahibədə çərşənbə axşamı keçirilən danışıqları Trampla indiyə qədər keçirdiyi "ən yaxşı görüşlərdən biri" adlandırıb.