Tramp Netanyahunu yaxın günlərdə Ağ Evdə qəbul edəcək

01.07.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

 Bakı, 1 iyul, AZƏRTAC

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” xəbər agentliyi məlumat verib.

ABŞ və İsrail liderləri arasında gözlənilən görüşün gündəliyi hələlik təfərrüatlı şəkildə açıqlanmayıb. Bununla belə, tərəflərin ilk növbədə İran və Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

AZƏRTAC-0-

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью