Tramp: Netanyahunun məhkəməsi dayandırılmalıdır

26.06.2025

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun rüşvətxorluq və fırıldaqçılıq ittihamı ilə mühakimə olunmasının dayandırılmalı olduğunu bildirib.

“Bibi Netanyahunun məhkəməsi dərhal dayandırılmalı və ya ölkə üçün bu qədər iş görən böyük qəhrəman əfv edilməlidir”, – Ağ Evin rəhbəri Truth Social sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, ABŞ İsraili “xilas etdi”, indi də ABŞ Netanyahunu “xilas edəcək”.

Tramp daha əvvəl demişdi ki, ABŞ İrana qarşı İsraillə bir komanda kimi işləyir.

Bundan əlavə, ötən ilin noyabrında BCM-nin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantı Qəzza zolağında mümkün hərbi cinayətlərə görə həbsə order verdiyi məlum olub.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью