Tramp Netanyahunun stulunu yenə düzəltdi VİDEO

08.04.2025

Icma.az bildirir, Sfera.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp yenidən İsrail Baş Naziri Binyamin Netanyahunun stulunu düzəldib. 


Sfera.az xatırladır ki, oxşar hal iki ay əvvəl baş tutan görüşdə də olmuşdu. 


İsrail Baş Naziri Netanyahu yenidən ABŞ-də səfərdədir.


Tramp və Netanyahu Ağ Evdəki görüşün ardından mətbuata açıqlamalar veriblər. Mətbuat konfransından əvvəl Netanyahu, imza atmaq üçün masaya oturduğu anda Trampın ona göstərdiyi diqqət maraq doğurub. ABŞ prezidenti, Netanyahunun stulunu düzəltməklə jest edib və bu, yenə kameralardan yayınmayıb.
Bundan öncə fevral ayında baş tutan ilk görüşdə də Tramp eyni jesti etmişdi və həmin anlar da kameralara yaddaşına düşmüşdü.


Bəsti Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью