Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp iddia edib ki, İsraildə keçirilən parlament seçkilərində Benyamin Netanyahuya verdiyi dəstək onu ağır məğlubiyyətdən xilas edib.
Bizim.Media xəbər verir ki, Tramp oktyabrın 28-də “Truth Social” hesabında paylaşım edərək, seçkilərdən əvvəl Netanyahuya verdiyi açıq dəstəyin nəticələrə təsir göstərdiyini bildirib.
İsraildə səslərin təxminən 40 faizi hesablandığı vaxt Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası 21,7 faiz, Qadi Eyzenkotun rəhbərlik etdiyi “Yəşar” partiyası isə 15,72 faiz səs toplayıb.
Seçki məntəqələrindən çıxış sorğularına əsasən, nə Netanyahunun sağçı bloku, nə də müxalifət 120 yerlik parlamentdə hökumət qurmaq üçün tələb olunan 61 mandatı əldə edə bilib.
Tramp oktyabrın 18-də də Netanyahuya dəstəyini ifadə etmiş və onun yenidən seçilməsini istədiyini bildirmişdi. Bununla belə, ABŞ prezidentinin dəstəyinin seçicilərin seçiminə nə dərəcədə təsir etdiyi hələ məlum deyil.
Bizim.Media