Tramp Netanyahuya dəstəyini açıqladı: Böyük döyüşçü

19.10.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp oktyabrın 27-də keçiriləcək İsrail seçkilərində Baş nazir Binyamin Netanyahunu dəstəklədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında “Böyük İsrail xalqına” başlıqlı mesaj paylaşıb.

Netanyahunu İrana qarşı mübarizədə “böyük döyüşçü”, ABŞ-ın isə “böyük sülh tərəfdaşı” adlandıran Tramp İranın həm hərbi, həm də maliyyə baxımından sistematik şəkildə zəiflədildiyini iddia edib.

Tramp İranla bağlı xəbərdarlıq edərək, “Əgər onlar tezliklə yollarını dəyişməsələr, işi qısa zamanda bitirəcəyik”, – deyə, bildirib.

O, həmçinin İsrail xalqının Netanyahu əvəzinə başqa lider seçəcəyi təqdirdə ABŞ-ın bu işi özü görməli olacağını deyib.

ABŞ Prezidenti Netanyahunun güclü müxalifətə baxmayaraq mübarizəni davam etdirdiyini, uğur qazandığını və daha da gücləndiyini iddia edib.

“ABŞ-ın İsraildən tələb etdiyi tərəfdaşlıq məhz budur”, – deyə, Tramp vurğulayıb.

Aytən Yaşar/Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью