Icma.az bildirir, Olke.az portalına istinadən.
ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı zamanı yəhudi dövlətinin Hizbullaha qarşı hərəkətlərini sərt tənqid edib.
Ölkə.az “axios”a istinadən xəbər verir ki, telefon danaışğı zamanı söhbət tez bir zamanda gərginləşib. Nəşrin yazdığına görə, bir məqamda Tramp hətta Netanyahunun üstünüə qışqırıb:
“Nə edirsən axı? Sən dəlisən. Mən olmasaydım, həbsxanada olardın. Səni xilas edirəm. İndi hamı səndən nifrət edir”.
Mənbələr həmçinin iddia ediblər ki, Tramp son dərəcə əsəbiləşib və "səsini qaldırıb", bununla da İsrail baş nazirinə təzyiq göstərib.
Eyni mənbələrə görə, Netanyahu buna cavab olaraq diplomatik ton saxlamağa çalışıb və İsrail şəhərlərinə hücumlar dayandırılmadığı təqdirdə İsrailin Hizbullaha qarşı hərəkətlərinə davam edəcəyinə əminlik verib.
Netanyahunun ofisi İsrailin mövqeyinin dəyişmədiyini bildirib. Əgər Hizbullah atəş açmağa davam edərsə, Beyrutdakı hədəflərə zərbə endirəcək və Livanın cənubundakı hərbi əməliyyatlar planlaşdırıldığı kimi davam edəcək.
Mürtəza