Tramp Netanyahuya qarşı ritorikasını sərtləşdirəcək CNN

31.07.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında aclıq çəkən uşaqların görüntülərini gördükdən sonra İsrailin baş naziri Benyamin Netanyahu ilə ünsiyyətə yanaşma tərzini dəyişmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin iki rəsmisi CNN-ə şərhində bildirib.

Telekanalın məlumatına görə, Tramp Şotlandiyaya getməzdən əvvəl aclıq çəkən uşaqların videolarına baxıb. "O, köməkçilərinə bu dəhşətli görüntüləri Netanyahu ilə müzakirə etmək istədiyini bildirib və ABŞ-ın necə kömək edə biləcəyini soruşub", - deyə kanalın həmsöhbətləri bildirib.

Rəsmilərdən birinin sözlərinə görə, görüntülər Trampı “çox narahat edib”. Agetlik qeyd edib ki, bazar ertəsi Tramp şəxsən Netanyahu ilə Qəzza zolağında aclıq problemi ilə bağlı danışıb və İsrailin baş nazirinə “fərqli hərəkət etməliyik” deyib.

Bundan əvvəl BMT-nin Ümumdünya Ərzaq Proqramı bildirmişdi ki, Qəzza zolağında ərzaq istehlakının əsas göstəriciləri 2023-cü ilin oktyabrında münaqişənin kəskinləşməsindən bəri ən pis səviyyəyə çatıb. “İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı” beynəlxalq monitorinq təşəbbüsünə əsasən, anklav sakinlərinin 39%-i bir neçə gün dalbadal ac qalmaq məcburiyyətində qalıb, 500 mindən çox insan – Qəzza əhalisinin demək olar ki, dörddə biri aclığa yaxın şəraitdə yaşayır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью