Tramp Netanyahuya: Qoşunlar çıxarılsın

15.07.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahuya İsrail qoşunlarının Livan və Suriyadan çıxarılmasının vacibliyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə “Axios” ABŞ və İsraildən adları açıqlanmayan rəsmilərə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp bu mövqeyini iyulun 9-da Binyamin Netanyahu ilə telefon danışığı zamanı çatdırıb.

Amerikalı rəsmilərdən birinin sözlərinə görə, Tramp Netanyahunu xəbərdar edib ki, İsrail qoşunlarının Suriyadakı mövcudluğu bölgədə gərginliyi artırır və vəziyyətin eskalasiyasına səbəb ola bilər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью