Tramp Netanyahuya zəng edibmiş...

24.06.2025

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs elan olunmazdan əvvəl İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək, bütün hərbi əməliyyatları dərhal dayandırmağı tələb edib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Netanyahu ilə danışıq zamanı İranın “əhəmiyyətli dərəcədə zəiflədiyini” bildirib. Paralel olaraq, ABŞ prezidentinin milli təhlükəsizlik komandası da Tehrana mesajlar göndərərək, İran tərəfini İsrailə qarşı hücumları dayandırmağa və atəşkəslə razılaşmağa çağırıb. Məlumata görə, bundan öncə Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı apararaq, Tehrana atəşkəs üçün təzyiq göstərməsini istəyib.

ABŞ lideri münaqişənin hər iki tərəfini mümkün qədər tez atəşi dayandırmağa inandırıb: Trampın sözlərinə görə, İsrail və İran atəşkəs razılaşmasının elanından təxminən altı saat sonra Bakı vaxtı ilə saat 07:00-da atəşkəsə tam razılıq veriblər.

Razılaşmaya əsasən, əvvəlcə Tehran atəşi dayandıracaq, 12 saat sonra isə Təl-Əviv. “24-cü saatda isə 12 günlük müharibənin rəsmi başa çatması dünya ictimaiyyəti tərəfindən alqışlanacaq”, – deyə Tramp bəyan edib.

Fidan Hacızadə

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью