Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti öz prezidentlik müddətinin sonunadək Ukrayna münaqişəsinin başa çatacağına ümid edir.
Donald Tramp bu barədə “Fox News” telekanalına məsələni şərh edərkən deyib. ABŞ lideri jurnalistin Ukraynadakı münaqişənin prezidentlik müddəti bitənədək, yəni 2029-cu il yanvarın 20-dək başa çatıb-çatmaması ilə bağlı sualına “Mənə elə gəlir ki, bəli, başa çatar” – cavabını verib.
XQ