Tramp nikbin vədlər verib

16.05.2025

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az xəbər verir ki, Amerika lideri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı jurnalistlərlə söhbətində belə nikbin açıqlamalar səsləndirib.
“Dünya indi daha təhlükəsizdir və mən hesab edirəm ki, iki və ya üç həftə ərzində daha da təhlükəsiz olacaq”, - Donald Tramp vurğulayıb.
O, həmçinin Vaşinqtonun Qəzza zolağının problemini həll edəcəyini və bu bölgədə yaşayanların həyat şəraitini yaxşılaşdıracağını iddia edib.
İran mövzusuna da toxunan Ağ Ev adminsitrasiyasının rəhbəri ABŞ-nin İranın nüvə proqramı ilə bağlı ziddiyyətləri həll edə biləcəyinə əmin olduğunu söyləyib.
- Bizim məşğul olmaq üçün İranla bağlı vəziyyətimiz var ki. Bu və ya digər şəkildə biz bunu 100% həll edəcəyik, hər şey mehriban və ya qeyri-mehriban şəkildə olacaq. Amma qeyri-mehribanlıq onlar üçün çox yaxşı seçim deyil. Onlarla danışırıq. Bu, uzun bir yol olacaq”, - Amerika lideri vurğulayıb.
Söhbət əsnasında Tramp imkan yaranan kimi rusiyalı həmkarı Vladimir Putinlə görüş təşkil edəcəyini də bildirib. Onun sözlərinə görə, bununla bağlı yaxın 2-3 həftə ərzində qərar qəbul edilə bilər.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью