Tramp niyə Ərdoğan və Paşinyanı seçdi? ŞƏRH | Icma.az
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qəzza üçün sülh masası quruldu, amma suallar çoxdur2023-cü il 7 oktyabr tarixində Fələstinin siyasi-hərbi hərəkatı olan, HƏMAS-ın İsrailə hücumu ilə Yaxın Şərqdə yeni və qanlı mərhələnin qapısı açıldı.
Həmin gündən bəri davam edən münaqişə, sərhəddən kənara çıxaraq, dinc insanların qətlinə səbəb olan soyqırıma çevrildi.
Son məlumatlara görə, təxminən 72 437 fələstinli həyatını itirib. İnsanlıq, bələyə sarılmalı olan, körpələri kəfənə bürünən gördü.
Dünya çöllərdə başıboş gəzən, nə səsi eşidilən, nə adı çəkilən yetimlərin səssiz kimsəsizliyinə şahid oldu.
Faciənin qarşısının alınması məqsədilə diplomatik müstəvidə aparılan çoxsaylı danışıqlar isə indiyədək real nəticə verməyib.
Hazırda diqqətlər, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü Qəzza ilə bağlı Sülh Şurası təşəbbüsünə yönəlib.
Təşəbbüs çərçivəsində təxminən 60 ölkəyə dəvət göndərildiyi bildirilir.
Tam oxu
Xəbəri oxu