Tramp nöqtəni qoydu: Rusiya, ya da Ukrayna imtina etsə...

18.04.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Əgər tərəflərdən biri danışıqlar prosesini çətinləşdirərsə, administrasiya Ukrayna böhranının sülh yolu ilə həlli cəhdlərindən imtina edəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

“Ola bilər ki, hansısa səbəbdən iki tərəfdən biri bunu çox çətinləşdirəcək – o zaman biz sadəcə deyəcəyik: “Siz axmaqsınız, siz ağılsızsınız, siz dəhşətli insanlarsınız”. Biz sadəcə bundan imtina edəcəyik. Amma ümid edirəm ki, bunu etməyə ehtiyac olmayacaq,” – Tramp qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью