Tramp NotrDam kilsəsinin açılışı üçün Parisə getdi

07.12.2024

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün Parisə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ajans Frans Press” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, Trampın təyyarəsi paytaxtın Orli hava limanına enib.
Katedralin açılış mərasimindən əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Yelisey sarayında Fransa lideri Emmanuel Makron tərəfindən qəbul ediləcək.
Qeyd edək ki, Notr-Dam Katedralının açılış mərasimində 40-a yaxın dövlət və hökumət başçıları iştirak edəcək.
Xatırladaq ki, bu, Trampın prezident seçildikdən sonra ilk xarici səfəridir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью