Tramp NotrDam kilsəsinin bərpadan sonra açılışı üçün Parisə gedəcək

03.12.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dekabrın 7-8-nə planlaşdırılan Notr-Dam kilsəsinin bərpadan sonra açılış mərasimində iştirak etmək üçün şənbə günü Parisə gələcək.

APA xəbər verir ki, bu haqda o “Truth” sosial şəbəkəsindəki hesabında bildirib.

“Mən beş il əvvəl dağıdıcı yanğından sonra tamamilə yenidən qurulan möhtəşəm tarixi Notr-Dam Katedralinin açılışında iştirak etmək üçün şənbə günü Parisə gedəcəyəm”, - Tramp yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью