Tramp nüvə sazişinin İrana təqdim edildiyini təsdiqləyib

16.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehrana nüvə sazişi təklifini təqdim etdiyini təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid "X" hesabında məlumat verib.

"Təklif onların əlindədir və onlar indi tez hərəkət etməlidirlər, əks halda pis bir şey olacaq" - deyə ABŞ prezidenti jurnalistlərə bildirib.

Xatırladaq ki, mayın 15-də "Axios" D.Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Omanda danışıqlar zamanı İranın xarici işlər naziri Abbas Əraqçıya yazılı təklif təqdim etməsi barədə məlumat yayıb.

Lakin daha sonra "Reuters" yüksək rütbəli İran rəsmisinə istinadən qeyd edib ki, Tehran bu xəbəri rəsmən təkzib edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью