Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp nüvə silahı ilə bağlı məhdudiyyətlərin saxlanılmasını və Çinin də danışıqlara cəlb olunmasını istəyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" ABŞ prezident administrasiyasından olan rəsmi şəxsə istinadən məlumat yayıb.
“Məncə, Tramp dəfələrlə nüvə silahının bütün dünya üçün yaratdığı təhlükəyə qarşı çıxmağın vacibliyini vurğulayıb, həmçinin nüvə silahı üzrə məhdudiyyətləri saxlamaq və silahlara nəzarət danışıqlarına Çini də daxil etmək istədiyini bildirib,” – deyə rəsmi qeyd edib.
Qəzetin ehtimalına görə, Tramp son anda Rusiya və ABŞ arasında imzalanmış Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (DSNV) müddəalarına əməl etməyə razılaşa bilər. Həmin müqavilənin qüvvədə olma müddəti 5 fevral 2026-cı ildə başa çatır.
Məryəm Quliyeva