Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır. AzVision.azxəbər verir ki, ABŞ prezidenti Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ta
“Mövcud ehtiyat dünyanı 50 və ya 100 dəfə məhv etmək üçün kifayətdir. Lakin ABŞ, Rusiya və Çin yeni silahların istehsalını davam etdirir.
Bununla belə, “daha məhsuldar şeylərə” xərclənə bilən vəsait nüvə proqramlarına yönəldilir”, - Donald Tramp deyib.
Ağ Ev rəhbəri dəqiqləşdirib ki, denuklearizasiya üzrə danışıqlar Ukrayna və Yaxın Şərqdə hərbi münaqişələr başa çatdıqdan dərhal sonra başlaya bilər.
- Hər şeyi yoluna qoyandan sonra, mən ilk görüşlərdən birini Çin Prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlə keçirmək istəyirəm.
Mən isə demək istəyirəm: gəlin hərbi büdcəmizi yarıya endirək”, - Amerika lideri vurğulayıb.
Amerika alimləri federasiyasının (FAS) məlumatına əsasən, Rusiyada istismardan çıxarılan və sökülməsini gözləyənlər də daxil olmaqla, təxminən 5800 nüvə başlığı var.
ABŞ 5044, Çin isə təxminən 500 nüvə başlığına malikdir. 1980-ci illərdən bəri davamlı azalmadan sonra, qlobal döyüş başlığı ehtiyatları əsas