Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp “Apple” şirkətinin keçmiş baş direktoru və idarə heyətinin sədri Tim Kuku “Nvidia” şirkətinin rəhbəri təyin etməyi təklif edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
“İndi “Nvidia”nın möhtəşəm baş direktoru Censen Huanq istefa verdiyinə görə, onu əvəz edə biləcək yalnız bir nəfər var: “Apple”dan Tim Kuk. Əfsanə əfsanəni əvəz edəcək”, - Tramp bildirib.
Qeyd edək ki, bu gün Censen Huanq “Nvidia” şirkətinin baş direktoru və direktorlar şurasının üzvü vəzifəsindən istefa verib. Şirkət icraçı vitse-prezident və baş maliyyə direktoru Kolet Kressi müvəqqəti baş direktor təyin edib.