Tramp: “NYT xalqın düşmənidir”

27.11.2025

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, Amerika lideri özünün “Truth Social” sosila şəbəkəsində etdiyi payşaımda belə deyib.
“Tezliklə fəaliyyətini dayandıracaq “New York Times” qəzetində radikal solçu dəlilər, onların dediklərinin əksini göstərən faktlara rəğmən, mənim haqqımdakı məqalədə güman ki, enerjimi itirdiyimi yazıblar. Qəzet mənim barəmdə qəsdən mənfi mövqe sərgiləyir. Mən mükəmməl fiziki və idrak sınaqlarına malikəm. Buna görə də enerjim tezliklə tükənməyəcək”, - Donald Tramp vurğulayıb.
Xatırladaq ki, noyabrın 25-də “NYT”-də işıq üzü görən məqaləndə Trampın prezident kimi qocalma əlamətləri ilə üzləşdiyi iddia edilib.
- Onun iş qrafiki azaldılır və prezidentin özü də günortadan axşam 5-ə qədər olan daha qısa ictimai çıxışlar cədvəlinə sadiq qalmağa başlayıb. Tramp ictimaiyyət qarşısına çıxanda onun batareyasında bəzən “köhnəlmə” əlamətləri görünür”, - məqalədə bildirilir.
Qəzet həmçinin prezidentin səhhətində problem olduğunu göstərə biləcək hadisələrə istinad edib: Ağ Evdəki mətbuat konfranslarında əlindəki qançır, şişmiş topuqlar və gözlərinin süzülməsi.
“Tramp müntəzəm olaraq məşq etmir. Bu, qismən insanların məhdud enerji təchizatı ilə doğulduğu və intensiv fiziki fəaliyyətin batareya kimi onu tükəndirə biləcəyi ilə bağlı uzun müddətdir mövcud olan nəzəriyyədən irəli gəlir. O, qırmızı əti sevir və Trampın McDonald's yeməklərini çantalarla yediyi məlumdur”, - nəşrin iddiasında bildirilir.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью