Tramp Nyu Yorkun terrorla mübarizə maliyyəsini 86% azaldacaq

01.10.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tramp administrasiyası Nyu-York ştatında antiterror proqramları üçün maliyyəni 187 milyon dollar azaltmağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Qəzetin yazdığına görə, ştat rəsmiləri Milli Təhlükəsizlik Departamentinin terrorla mübarizə tədbirləri üçün maliyyəni azaltmaq qərarının qarşısını almaq üçün artıq məhkəməyə müraciət ediblər.

Bu planlar həyata keçirilərsə, Nyu-Yorkda müvafiq proqramlar üçün federal maliyyə 86% azalaraq 30 milyon dollara qədər düşəcək.

Qubernator Keti Hoçuldan: “Polisin Respublikaçı administrasiya tərəfindən maliyyələşdirilməsi ikiüzlülüyün zirvəsidir və Amerikada əsas terror hədəfi olaraq qalan bir ştatda terrorizmlə mübarizədən imtina etmək sadəcə şok edicidir”, deyə qəzetə bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью