Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq. Ağ Ev rəhbəri Donald Tramp ABŞ-nin keçmiş prezidenti Barak Obamanı vətənə xəyanətdə it
"Report" xəbər verir ki, Obama 2016-cı ildəki prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırmanın aparılmasını tələb edib.
Trampın Obamaya cavabı isə məhz bu məsələ ilə bağlı olub. "Bu araşdırma ən yüksək səviyyədə cinayətdir", - deyə Tramp bildirib.
Hazırkı prezident "bütün cinayətkar dəstəni" sövdələşmədə ittiham edib.
Onun fikrincə, cinayətkar dəstəyə "Obama, Co Bayden (sabiq prezident - red.), Ceyms Komi (Federal Təhqiqat Bürosunun rəhbəri) və Con Brennan (Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri)" kimi şəxslər daxildir.
"Obama bu dəstənin lideridir. O, günahkardır", - Tramp əlavə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.