Tramp Obamanın həbs videosunu paylaşıb | Icma.az
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp öz bloqunda Ağ Evin keçmiş rəhbəri Barak Obamanın həbsini əks etdirən neyron şəbəkə tərəfindən yaradılan video yerləşdirib.
Oxu.Az xəbər verir ki, ABŞ prezidenti "Truth Social"dakı paylaşımında Demokratlar Partiyasının müxtəlif nümayəndələrinin, o cümlədən Barak Obamanın "TikTok" videosunu yerləşdirib.
"Heç kim qanundan üstün deyil", - deyə o, videonu şərh edib Qeyd olunur ki, bu video Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardın son açıqlamalarına bir növ istinaddır.
Daha sonra süni intellektdən istifadə edilməklə yaradılmış 45 saniyəlik videoda Tramp və Obamanın Oval kabinetdə oturduğu görünür.
Videoda anidən agentlər Obamanı "Y.M.C.A." mahnısının sədaları altında həbs edirlər.
Süni intellekt Obamanın saxlanılıb həbsxana kamerasına göndərilərkən gülümsəməsi görüntüsünü yaradıb.
Videoda, həmçinin Obamanın narıncı kombinezonda dəmir barmaqlıqlar arxasında əks olunub.
Tam oxu
Xəbəri oxu