Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vaşinqton, 22 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp oğlu Donun toyunda iştirak etməyəcəyini açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, o, bu vacib dövrdə Ağ Evi tərk etməməsinin daha mühüm olduğunu söyləyib.
“Oğlum Don və Tramp ailəsinin ən yeni üzvü Bettina, hökumətlə bağlı vəziyyət və Amerika Birləşmiş Ştatlarına olan sevgim buna imkan vermir”,- deyə Tramp bildirib.
Toy mərasimi həftəsonu Baham adalarında keçiriləcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton