Tramp oğlunun keçmiş sevgilisini vəzifəsindən uzaqlaşdırır

13.10.2026

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ administrasiyası ölkənin Yunanıstandakı səfiri Kimberli Qillfoyldan istefa verməsini tələb edib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Afinada səfir vəzifəsini icra edən Qillfoylun vəzifədən ayrılması barədə qərar qəbul edib.

Ağ Evin mətbuat katibi Keti Zaxariya brifinq zamanı səfirdən istefa verməsinin istəndiyini təsdiqləyib.

“Biz səfir Qillfoyldan istefa verməsini xahiş etdik. O, komandanın çox dəyərli üzvü idi. Ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”, – deyə Zaxariya bildirib.

Qillfoyl vəzifəsindən şəxsi mənfəət əldə etmək və səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub. O, səfir kimi bahalı hədiyyələr qəbul etməkdə, pul müqabilində əvvəlki administrasiyanın rəsmilərinin adlarını açıqlamaqda və kredit kartı üçün pul istəməkdə də günahlandırılıb.

Qeyd edək ki, Kimberli Qillfoyl Donald Trampın oğlu Donald Trampın kiçikinin keçmiş sevgilisidir.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью