GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin sualı cavablandırarkən danışıb.
“Bəli, olacaq. Düşünürəm ki, çox yaxşı dialoqumuz var”, – deyə Ağ Ev rəhbəri bildirib.
Digər tərəfdən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov belə bir planın olmadığını qeyd edib.
“Bu barədə nəsə eşitməmişik”, – deyə o vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az