Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Las-Veqasda keçirilən toplantıda İran problem və aparılan son danışıqları şərh edərkən deyib.
Tramp nüvə böhranının həllində diplomatiyaya üstünlük verdiyini, lakin hərbi gücdən istifadənin mümkünlüyünü vurğulayıb. Tehran rejiminin nüvə silahına sahib olmasına qətiyyən icazə verməyəcəklərini vurğulayan ABŞ Prezidenti bildirib ki, hərbi əməliyyat əvəzinə danışıqlar masasında razılaşma əldə etmək istəyirik.
Bununla belə Tramp deyib ki, danışıqlar uğursuz olarsa, hərbi müdaxilə qaçılmaz olacaq. "İnsanları öldürmək istəmədiyim üçün onlarla razılaşmaq istərdim. Əgər danışıqlar iflasa uğrayarsa, biz sərt zərbə endirəcəyik”, - ABŞ Prezidenti vurğulayıb.
Mürtəza