Tramp ölüm cəzalarını ARTIRACAQ

25.12.2024

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Tramp Baydenin ölüm hökmündə olan bəzi məhbusların cəzalarını yüngülləşdirmək qərarına reaksiya verib.

Redaktor.az xəbər verir ki,  o, bu barədə “Truth Social” saytına açıqlamasında bildirib.

Tramp Baydenin ölüm hökmündə olan 37 məhbusun cəzasını ömürlük həbslə əvəzləməsinin qəbuledilməz olduğunu deyərək, bunun qurbanların ailələrinə hörmətsizlik olduğunu müdafiə edib.

O, vəzifəyə gəldikdən sonra federal ölüm cəzası tətbiqlərini qətiyyətlə davam etdirəcəyini qeyd edib.

Ölüm cəzalarının tətbiqinə qarşı olduğunu vurğulayan Bayden, vicdanının yeni rəhbərliyin ölüm cəzalarını yenidən başlatmasına icazə verməyəcəyini bildirib.

Türkan İSGƏNDƏRLİ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью