Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Prezidenti Donald Tramp Omanı Hörmüz boğazının açılması ilə bağlı prosesə müdaxilə edəcəyi təqdirdə hərbi zərbə endirməklə hədələyib.
XQ xəbər verir ki, Tramp bu barədə “Fox News”a müsahibəsi zamanı danışıb. O, İran və Oman arasında Hörmüz boğazından keçidin bərpası ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.
İran və Oman arasında strateji su yolunun yenidən açılması və gəmiçilik üçün təhlükəsiz keçidin təmin edilməsi ilə bağlı danışıqlar aparılır. Tərəflərin bu istiqamətdə razılaşmanın yekunlaşdırılması üçün irəliləyiş əldə etdiyi bildirilir.