Tramp on birinci dəfə baba oldu

16.05.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp on birinci dəfə baba olub.

Lent.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

Mayın 15-də Trampın qızı Tiffani və kürəkəni Maykl Bulosun oğlu olub. Cütlük ilk övladına Aleksandr adını verib.

Trampın ümumilikdə Kiçik Donald, İvanka, Erik, Tiffani və Barron adlı beş övladı var. Onun ilk dörd uşağının artıq uşaqları var. Barronun isə cəmi 19 yaşı var və o, 2024-cü ildə kollecin birinci kursuna daxil olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью