Tramp ona vəzifə verdi

07.11.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Stiven Millerin noyabrın 9-dan etibarən Ağ Evin aparat rəhbəri vəzifəsini icra edəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, o, bu vəzifədə Syuzi Ueylsi əvəz edəcək.

Trampın sözlərinə görə, hazırda administrasiyada aparat rəhbərinin müavini vəzifəsini tutan Miller onun ən etibarlı müşavirlərindən biridir.

Tramp Syuzi Ueylsin isə onun siyasi fəaliyyətini həyata keçirən komandaya keçəcəyini bildirib və ona Ağ Evdəki fəaliyyətinə görə təşəkkür edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью