TRAMP ÖNDƏDİR Respublikaçılar Senatı da götürür AzPolitika onlayn siyasiictimai qəzet | Ic…
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir. Donald Trampın tərəfdarları artıq ABŞ-də keçirilən seçkidə öz namizədinin qələbəsi
Baxmayaraq ki, hələ ABŞ seçkilərinin taleyini həll edən 7 “yellənən” ştatda nəticələr tam məlum deyil.
Lakin hadisələrin gedişi bu ştatlarda Trampın üstün olduğunu göstərir.“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bir müddət əvvəl həlledici ştat sayılan Pensilvaniyada səslərin hesablanması zamanı Donald Trampın liderliyi ələ keçirdiyi qeydə alınıb.
CNN-in məlumatına görə, bülletenlərin 45%-nin hesablanmasının nəticələrinə əsasən, Tramp bu ştatda 50,1%, Harris 49% səs toplayır.Digər “yellənən” beş ştatdan dördündə ilkin nəticələrə görə, Tramp öndədir.
Belə ki, Corciyada səslərin 84%-i sayılandan sonra Tramp 52%, Harris 47% qazanıb.
Şimali Karolinada səslərin 70%-i hesablanandan sonra Tramp 52%, Harris 47% qazanıb.Viskonsində səslərin 42%-i sayılandan sonra Tramp 51%, Harris 48% qazanıb.
Arizonada səslərin 40%-i sayılandan sonra Tramp 50,1%, Harris 49,1% qazanıb.
Miçiqanda səslərin 18%-i sayılıb, Harris 50%, Tramp 48% qazanıb.Bu arada “The New York Times” yenicə dərc etdiyi xəbərdə qeyd edib ki, Donald Tramp yeddi “yellənən” ştatdan altısında liderdir.
Tam oxu
Xəbəri oxu