Tramp öndədir... Yeni Sabah

06.11.2024

Icma.az, Yenisabah saytına istinadən bildirir.

ABŞ prezident seçkilərinin nəticələri ilə bağlı son məlumatlar gərgin mübarizəni göstərir.

“Yeni Sabah” xəbər verir ki, hazırda Donald Tramp 230 seçici səsi ilə Kamala Harrisi (187 seçici səsi) qabaqlayır. Trampın 55,993,436 səs, Kamala Harrisin isə 50,878,013 səs topladığı bildirilir.

Qeyd edək ki, qələbə üçün namizədlərdən hər birinin 270 seçici səsinə ehtiyacı var.

Seçici səslərinin paylanması ABŞ-ın müxtəlif ştatlarında müxtəlif nəticələrə səbəb olub. Qırmızı rənglə işarələnmiş ştatlar Trampı, mavi rənglə işarələnmişlər isə Kamala Harrisi dəstəkləyib. Xüsusilə, bəzi ştatların nəticələri seçkilərin gedişatına ciddi təsir göstərə bilər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью