Tramp onların Ağ Evə girişini qadağan etdi

19.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp CNN, MSNBC və “Politico”nun jurnalistlərinin Ağ Evə girişini qadağan edib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkə platformasında məlumat verib.

Tramp onları administrasiya haqqında yalan məlumatlar yaymaqda ittiham edib.

“ABŞ Prezidentinin, Tramp administrasiyasının və ya Amerika Birləşmiş Ştatlarının fəaliyyətini işıqlandırarkən medianın daim uydurma hekayələr və yalanlar yaymasına yol verilməməlidir”, - deyə o yazıb.

Amerika lideri xəbərdarlıq edib ki, digər “saxta xəbərlər” yayan media qurumlarının da aqibəti eyni olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью