Tramp onu dünyanın ən qüdrətli adamı adlandırdı

21.11.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparatının yeni rəhbəri Stiven Milleri zarafatla dünyanın ən qüdrətli insanı adlandırıb.

Lent.az xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə keçirilən brifinq zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Yeri gəlmişkən, hazırda bu otaqda dünyanın ən qüdrətli insanı – Ağ Evin aparat rəhbəri Stiven Miller var”, – deyə Tramp bildirib.

Miller noyabrın 9-da Syuzi Uaylsı əvəz edərək Ağ Evin aparat rəhbəri vəzifəsinə təyin olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью